"Sabah" afrikalının transferini rəsmən açıqladı

Hendrik Eksteynin "Sabah"a keçidi rəsmiləşib.

Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yayılıb.

Bildirilir ki, 28 yaşlı yarımmüdafiəçi ilə münasibətlər rəsmiləşdirilib. Gözlənildiyi kimi, onunla 2 illik müqavilə imzalanıb. Son klubu "Kayzer Çifs" olan sənubi afrikalı hücumçu "Sabah"a azad agent kimi keçib.