"Sabah" "Alanyaspor"la heç-heçə etdi
Türkiyədə təlim-məşq toplanışında olan "Sabah" növbəti yoxlama oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib Super Liqa təmsilçisi "Alanyaspor" olub.
Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
"Sabah"ın yeganə qolunu Elgün Nəbiyev vurub.
Xatırladaq ki, "Sabah" bundan əvvəl “Giresunspor” (1:1), “Osmanlıspor” (1:1) və “Sancaktepe Bələdiyyəspor” (2:2) klubları ilə üz-üzə gəlib.