"Sabah" Antalyada məşqə çıxdı
Qış toplanışını Antalyada keçirən “Sabah” dünən axşam saatlarında qaldığı “Titanik” otelinin fitnes zalında ilk məşqinə çıxıb.
SportLine.az-ın klubun rəsmi "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, bu gün səhər açıq havada yüngül qaçışla kifayətlənən futbolçular, daha sonra fitnes zalında çalışıblar. Axşam saatlarında komanda daha bir məşqi nəzərdə tutulub.