"Sabah" baş məşqçi ilə vidalaşdı

"Sabah" klubu baş məşqçi ilə vidalaşıb.

Sportline.az xəbər verir ki, söhbət əvəzedici komandanın çalışdırıcısı Vasif Haqverdiyevdən gedir.

Komanda rəhbərliyi və Haqverdiyev müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Xatırladaq ki, "Sabah-2" komandası I Divizionun 2018/2019-cu illər mövsümünü 38 xalla 8-ci pillədə bitirib.