"Sabah" braziliyalı müdafiəçi aldı
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, braziliyalı müdafiəçi Vanderson Enrike do Naskimento Silva ilə 1 illik müqavilə bağlanıb.
26 yaşlı futbolçu karyerası ərzində Braziliyanın “Vila Nova”, “San Xose”, “Yuventus”, “Operario”, “Anapolis” klublarında çıxış edib. Vandersonun son komandası İsrail “Bney Saxin”i olub.