"Sabah" cavab matçına ciddi itki ilə çıxacaq
"Sabah" komandası, Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Qəbələ" ilə cavab oyununa ciddi itki ilə çıxacaq.
Sportline.az xəbər verir ki, ilk oyunu (1-0) buraxan Marko Deviç sabah da meydana çıxa bilməyəcək. Əvəzində isə komandanın paraqvaylı yarımmüdafiəçisi Erik Ramos sıraya qayıdıb. Hələ "Neftçi"də çıxış edərkən 2015/2016 mövsümündə "Qarabağ"la ölkə kubokunun final qarşılaşmasında (0:1) qırmızı vərəqə görən və 2 oyunluq cəzalandırılan 31 yaşlı futbolçunun cəza müddəti başa çatıb.
Qeyd edək ki, sabah "Əlincə Arena"da keçiriləcək "Sabah" - "Qəbələ" matçının start fiti 16:00-da səslənəcək.