"Sabah" Çempionlar Liqasında növbəti matça çıxır
"Sabah" basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində bu gün növbəti oyuna çıxacaq.
Sportline.az xəbər verir ki, Rimas Kurtinaytisin komandası Bakıda "Alba" (Almaniya) ilə qarşılaşacaq.
Milli Gimnastika Arenasında keçiriləcək görüş saat 20:00-da başlanacaq.
Qeyd edək ki, B qrupunda mübarizə aparan "Sabah" ilk oyunda Çexiyanın "Nimburk" kollektivinə 93:65 hesabı ilə uduzub.
Komandamız oktyabrın 29-da Fransanın "Elan" klubu ilə qarşılaşacaq.