"Sabah" daha bir sınaq qarşısında

“Sabah” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirəcək.

Sportline.az xəbər verir ki, Elşad Əhmədovun komandası Türkiyənin 3-cü liqa təmsilçisi “Kemerspor” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

“Sabah” Türkiyədəki ilk yoxlama oyununda Rumıniyanın “Konkordiya” klubuna 1:2 hesabıyla məğlub olmuşdu.

28 iyul

19:00 "Sabah" – "Kemerspor" (Türkiyə)