"Sabah daha güclü "Qarabağ" görəcəksiniz" - Qara Qarayev
"Bizi sabah çətin oyun gözləyir. Uğur qazanmaq üçün maneəmiz yaxşı keçib. Matça ciddi hazırlaşmışıq. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik. Bu, bizdən güc tələb edir. Baş məşqçimizin tapşırıqlarını yerinə yetirə bilsək, istəyimizə nail olarıq".
SportLine.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Qara Qarayev Poltavada Ukrayna "Vorskla"sı ilə keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin IV tur matçından əvvəl mətbuat konfransında deyib. 26 yaşlı yarımmüdafiəçi bildirib ki, istər millidə, istərsə də klublarda sıx qrafiklərinin olması onların işidir. Bunu tez-tez dilə gətirmək bizə daha çox yorucu olur. Sabahkı oyun həqiqətən də çox vacibdir. Bakıda da rəqibə ciddi müqavimət göstərdik. Düşünürəm ki, sabah fiziki və mental cəhətdən daha güclü "Qarabağ" görəcəksiniz".
Qeyd edək ki,noyabrın 8-də Aleksey Butovski adına stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.