"Sabah" hazırlığı yekunlaşdırdı

"Sabah" Topaz Premyer Liqanın 15-ci turunda "Zirə"yə qarşı keçiriləcək oyunun  hazırlığını başa vurub.

SportLine.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, komanda bu gün "Əlincə Arena"da oyunöncəsi son məşqinə çıxıb.

Qededək ki, "Zirə" - "Sabah" görüşü sabah saat  16:30-da başlayacaq.