"Sabah" İspaniya klubuna uduzdu

“Sabah”ın U-14 komandası Gürcüstanın paytaxtı Tiflisdə keçirilən “Audi Cup” turnirində iştirak edir.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, komanda turnir çərçivəsində ilk oyununu İspaniya təmsilçisi “Levante”yə qarşı keçirib.

Görüş rəqibin 3:1 hesablı qələbəsilə nəticələnib. "Sabah"ın yeganə qoluna matçın son dəqiqəsində penaltidən Anar Cəbiyev imza atıb.

“Sabah” növbəti oyununu bu gün yerli “Saburtalo”ya qarşı keçirəcək