"Sabah" İspaniyaya yollanacaq

“Sabah” Futbol Klubu “Dostluq üçün futbol” (Football for Friendship) sosial layihəsinin iştirakçısı olacaq.

Sportline.az xəbər verir ki, layihə bu il 7-ci dəfə təşkil olunacaq. Mayın 28-dən iyunun 2-dək İspaniyanın paytaxtı Madriddə baş tutacaq idman turnirində "Sabah"ın üzvləri də iştirak edəcək.

Turnir 2013-cü ildən təşkil edilir. Yarışda bir çox ölkədən gələn 12 yaşadək uşaqlar müxtəlif komandalara bölünürlər. Komandalar qrup və pley-off mərhələsinin oyunlarından sonra qalibi müəyyənləşdirirlər.

Yarışın builki iştirakçıları Çempionlar Liqasının 2018/19 mövsümünün “Vanda Metropolitano” stadionunda baş tutacaq final görüşünə canlı baxmaq imkanı qazanacaqlar.