"Sabah"ın oyununda 8 qol
Antalyada təlim-məşq toplanışında olan "Sabah" bu gün sonuncu yoxlama oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib İsveçrənin "Syon" klubunun U-21 kollektivi olub.
Qarşılaşmada qalib müəyyənləşməyib.
Daha öncə Türkiyə “Eskişehirspor”unu 1:0, Macarıstan MTK-sını isə 3:1 hesabı ilə məğlub edən “Sabah”, Qazaxıstanın “Tobol” komandası ilə heç-heçə edib - 2:2.
22 yanvar 2019
Yoxlama oyunu
"Sabah" - "Syon" U-21 (İsveçrə) - 4:4
QOLLAR: Marko Deviç, 14-pen. Elşən Abdullayev, 38, Təmkin Xəlilzadə, 64, Filip İvanoviç, 90
Antalya, Türkiyə