"Sabah" İtaliya klubuna da uduzdu

Gürcüstanın paytaxtı Tiflisdə təşkil edilən "Audi Cup”da iştirak edən "Sabah”ın U-14 komandası turnir çərçivəsində növbəti oyununu keçirib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, təmsilçimiz bu dəfə İtaliyanın "Verona” klubu ilə qarşılaşıb. Görüş rəqibin 3:1 hesablı qələbəsilə nəticələnib. Matçda "Sabah"ın yeganə qoluna Mirhafiz Talışzadə imza atıb.

Xatırladaq ki, U-14 bundan öncə "Audi Cup”da İspaniyanın "Levante” (1:3) və Gürcüstanın "Saburtalo” (1:3) komandaları ilə qarşılaşmışdı.

Təmsilçimiz turnirdəki son oyununda 3-cü yer uğrunda matçda qüvvəsini sınayacaq.