"Sabah" - "Keşlə" matçının yeri dəyişdirildi

"Sabah” klubunun "Keşlə” komandası ilə sentyabrın 9-da baş tutacaq yoxlama oyununun keçiriləcəyi məkanda dəyişiklik edilib.

SportLine.az xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi "Əlincə Arena”da yox, Bakı Olimpiya Stadionunun 1-ci meydançasında keçiriləcək.

Görüş saat 17:30-da başlayacaq.