"Sabah" klubu baş məşqçi ilə yolları ayırdı

2018/2019 mövsümündə futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Sabah” klubu əsas komandanın baş məşqçisi Arif Əsədovla yollarını ayırıb.

Sportline.az xəbər verir ki, 48 yaşlı mütəxəssislə əldə edilən qarşılıqlı razılığa əsasən, onunla müqavilənin müddətinin artırılmayıb.

Komandanın I Divizionun qalibi olan "Xəzər”in çalışdırıcısı Elşad Əhmədova tapşırılacağı bildirilir.