Sabah klubu hazırlıq planını açıqladı

"Sabah" klubunun 2019-2020 mövsümü üçün hazırlıq planı müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin baş məşqçisi Elşad Əhmədov bildirib. Onun sözlərinə görə, komanda iyunun 17-də Bakıda bir araya gələcək. 

"Bakı toplanışı iki mərhələdən ibarət olacaq. İyulun ortalarına qədər paytaxtda hazırlıq keçəcəyik. Ayın 16-dan 30-na qədər isə Boluda təlim-məşq toplanışımız olacaq".

"Sabah"ın Türkiyədə yoxlama oyunları keçirəcəyi rəqiblər isə hələ dəqiqləşməyib.