"Sabah" klubu heyətinə yeni oyunçu alıb
"Sabah" klubu heyətini yerli basketbolçu ilə gücləndirib.
Paytaxt təmsilçisindən Sportline.az-a verilən məlumata görə, Hüseyn Məmmədovla "2+1" illik müqavilə bağlanıb.
2 metr boya malik oyunçunun 18 yaşı var. O, 18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin üzvüdür.