"Sabah" klubu legioneri ilə vidalaşdı

“Sabah” klubu, Hendrik Eksteynlə vidalaşıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, cənubi afrikalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında pozulub.

28 yaşlı futbolçu bu ilin yayından “Sabah”da  çıxış edirdi. O, cari mövsümdə keçirdiyi 16 oyunda (13 Premyer Liqa, 3 ölkə kuboku) 3 qol vurub.