"Sabah" legionerlə yolları ayırdı

“Sabah” klubu serbiyalı yarımmüdafiəçi Miloş Bosançiçlə yollarını ayırıb.

Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Milan Bosançiç paytaxt təmsilçisi ilə 2018-ci ilin sentyabrda cari mövsümün sonuna kimi sözləşmə imzalamışdı. O, yayda müqavilə imzaladığı "Keşlə"ni məhz "Sabah"a keçmək üçün tərk etmişdi.