"Sabah" klubunda ABŞ-li oyunçu
“Sabah” basketbol klubu ABŞ-dən olan oyunçunu heyətinə qatıb.
Sportline.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Hücumçu Justin Tillmanla müqavilə imzalanıb.
O, qarşıdalı iki mövsümdə komandanın formasını geyinəcək.
Qeyd edək ki, təcrübəli basketbolçu karyerası ərzində Yunanıstan, Fransa, İtaliya və İsrail liqalarında çıxış edib.