"Səbail" klubunda şok

"Səbail"in yeni transferi Eriko Da Silva uzun müddət meydana çıxa bilməyəcək.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının 1-ci turunda  "Zirə"yə qarşı oyunda (1:0) zədələnən braziliyalı yarımmüdafiəçinin 3 aydan 5 ayadək oynamayacağı bildirilib.

Qeyd edək ki, “Səbail” Eriko da Silvanı yay fasiləsində heyətə cəlb edib.