"Sabah" klubunda yeni müqavilə
"Sabah" klubu qapıçı Saşa Stamenkoviçlə yeni müqavilə bağlayıb.
Sportline.az xəbər verir ki, serbiyalı futbolçu 2019/20 mövsümünün sonunadək nəzərdə tutulan sözləşməyə imza atıb.
Qeyd edək ki, Saşa Stamenkoviç 2018-ci il iyulun 21-dən "Sabah"ın formasını geyinir.