"Sabah" klubundan ilk transfer

“Sabah” heyətinə yeni futbolçu cəlb edib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Cavid Tağıyev bundan sonra paytaxt klubunun uğurları üçün çalışacaq.

"Sumqayıt"dan ayrılan 26 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 2 illik müqavilə imzalayıb. O, buna qədər “Turan”, AZAL, “Qarabağ” və “Zirə”nin formasını geyinib.

Qeyd edək ki, Cavid Tağıyev "Sabah"ın yay fasiləsində ilk transferi olub.