"Sabah" legioneri ilə yolları ayırdı

"Sabah" klubu daha bir futbolçu ilə vidalaşıb.

Sportline.az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.

Mövsümlərarası fasilədə Cavid Tağıyev, Kevin Kubemba və Ruslan Abışovu heyətə cəlb edən "Sabah"ın, yay fasiləsində bir neçə legionerlə anlaşacağı gözlənilir. 

Qeyd edək ki, sözügedən klub, mövsümün yekununda, Tərlan Əhmədli, Vanderson Silva, Bəxtiyar Soltanov, Novruz Məmmədov və Tərzin Cahangirovla yolları ayırıb.