"Sabah" liderlə qarşılaşacaq
"Sabah” milli komandanın oyunları ilə bağlı Topaz Premyer Liqasında yaranacaq fasilə zamanı yoldaşlıq oyunu keçirəcək.
SportLine.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, Premyer Liqanın debütantı birinci divizionun lideri MOİK-lə üz-üzə gələcək.
Görüş noyabrın 17-də, saat 14:00-da "Əlincə Arena”da keçiriləcək.