"Sabah" Qətər klubuna qarşı

Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” bu gün növbəti yoxlama oyununu keçirəcək.

Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi Qətərin “Əl-Şahaniyə” klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 18:00-da, Sapanca stadionunda keçiriləcək.

1 avqust

Yoxlama oyunu

18:00 "Sabah" – "Əl-Şahaniyə"