"Sabah" sabahı qayğılı düşünür

Topaz Premyer Liqasının 23-cü turunda "Səbail"la qarşılaşacaq "Sabah" oyuna itkirlərlə çıxacaq.

Sportline.az xəbər verir ki, Coşqun Diniyev, Kərim Diniyev və Elşən Abdullayev sabahkı oyuna çıxa bilməyəcək.

Diniyevlər cəzalı, Abdullayev isə zədəlidir.

Qeyd edək ki, "Sabah" - "Səbail" matçı aprelin 7-də saat 16:30-da başlanacaq.