"Keşlə" "Zirə"ni, "Sabah" "Səbail"i məğlub etdi

Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulacaq.

Sportline.az xəbər verir ki, son oyun günündə daha iki görüş keçiriləcək. Mövsümə uğursuz başlayan, hazırda turnir cədvəlinin son pilləsində qərarlaşan "Sabah" öz meydanında 2-ci pillənin sahibi "Səbail"lə qarşılaşacaq. Yeni baş məşqçi İqor Ponomaryovun rəhbərliyi altından birinci oyununa çıxacaq "Sabah" mövsümdə ilk qələbəsini qazanmağa çalışacaq. 

Günün digər matçında isə 7 xalla turnir cədvəlinin 4-cü, 5-ci pilləsində qərarlaşan "Keşlə" və "Zirə" üz-üzə gələcək.


29 sentyabr (bazar)

17:30. “Sabah” – “Səbail” 3:0

Qollar: Coşqun Diniyev, 78 (1:0), Cavid İmamverdiyev, 84 (2:0), Şakir Seyidov, 90+6 (3:0).
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Nicat İsmayıllı
“Bank Respublika Arena”

19:45. “Keşlə” – “Zirə” 2:0

Qollar: Ruslan Qurbanov, 53 (1:0), Lorenso Frutas, 63 (2:0).
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Fərid Hacıyev
“ASCO Arena”



27 sentyabr 

 “Qarabağ” – “Sumqayıt” - 2:0


28 sentyabr
 
“Qəbələ” – “Neftçi” - 0:3
 

 

N Klublar O Q H M T-F X
1 Qarabağ 6 6 0 0 15-1 18
2 Səbail 5 3 1 1 7-6 10
3 Neftçi 6 2 2 2 6-5 8
4 Keşlə 5 2 1 2 6-3 7
5 Zirə 5 2 1 2 5-6 7
6 Sumqayıt 6 2 0 4 5-9 6
7 Qəbələ 6 1 1 4 2-13 4
8 Sabah 5 0 2 3 2-5 2

 

Bombardirlər:

İsmayıl İbrahimli ("Qarabağ") - 3 qol
Mahir Emreli ("Qarabağ") - 3 qol
Mehdi Şərifi ("Sumqayıt") - 3 qol
Lorenzo Frutos ("Keşlə") - 3 qol
Mirabdulla Abbasov ("Səbail") - 3 qol
Ağabala Ramazanov ("Səbail") - 2 qol
Abdullah Zubir ("Qarabağ") - 2 qol
Maqaye Qeye ("Qarabağ") - 2 qol
Xulio Sezar Rodrigez ("Zirə") - 2 qol