"Sabah" "Səbail" qarşısına belə çıxacaq

Topaz Premyer Liqasının 17-ci turunda "Səbail"lə görüşəcək "Sabah" oyuna ciddi itkilərlə çıxacaq.

Sportline.az xəbər verir ki, komanda iki aparıcı futbolçunun xidmətindən yararlana bilməyəcək.

Ötən tur "Qəbələ" ilə oyunda qırmızı vərəqə alaraq cəzalı duruma düşən hücumçu Marko Deviçlə yanaşı, həmin oyunda zədələnən Elşən Abdullayev də görüşü buraxacaq.

Qeyd edək ki, "Səbail" - "Sabah" oyunu bazar günü saat 15:00-da başlanacaq.