"Sabah" "Səbail"in futbolçusu ilə anlaşdı

Birinci divizionun "Sabah" klubu növbəti transferini reallaşdırıb.

Sportline.az klubun Facebook səhifəsinə istinadən xəbər verir ki, müqavilə ilə "Səbail" klubuna məxsus olan Raul Yaqubzadə mövsümün sonuna kimi icarə əsasında "Sabah"da oynayacaq. 

Qeyd edək ki, "Bakı" klubunun yetirməsi sayılan 24 yaşlı hücumçu daha öncə "Mil-Muğan" və "Qaradağ Lökbatan"ın heyətində olub.