"Sabah" Türkiyə klubu ilə bacarmadı
Türkiyədə təlim-məşq toplanışı keçən "Sabah" növbəti yoxlama oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib Türkiyənin “Sancaktepe Bələdiyyəspor” komandası olub.
Qarşılaşma bərabərliklə yekunlaşıb - 2:2.
"Sabah"ın qollarını Elşən Abdullayev və Elgün Nəbiyev vurub.
Qeyd edək ki, "Sabah" bundan əvvəl “Giresunspor” (1:1) və “Osmanlıspor”la (1:1) bərabərə qalıb.