"Sabah" Türkiyə klubuna qarşı

Türyikədə təlim-məşq toplanışında olan “Sabah” bu gün növbəti yoxlama matçına çıxır.

Sportline.az xəbər verir ki, komanda, Super Liqa təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşacaq. Klubun İlhan Cavcav bazasında keçiriləcək oyun Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. Bununla da “Sabah” Türkiyədə təlim-məşq toplanışını başa vuracaq və oyundan sonra Bakıya qayıdacaq.

Qeyd edək ki, “Sabah” daha öncə "Konkordiya"ya (Rumıniya - 1:2) uduzub, "Kəmərspor" (Türkiyə - 2:1) və “Əl-Şəhaniyə”yə (Qətər – 3:2) qalib gəlib.

Yoxlama oyunu
5 avqust

18:00. “Gənclərbirliyi” – “Sabah”