"Sabah" Türkiyədə

Topaz Premyer Liqasının debütantı "Sabah” təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb.

SportLine.az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, bu gün səhər saatlarında Bakıdan çarter reysi ilə yola düşən komanda yerli vaxtla saat 11:00-da Antalyaya çatıb.

Toplanış yanvarın 23-dək davam edəcək. Komanda bu müddətdə 4 yoxlama oyununa çıxacaq.