"Sabah" Türkiyədə heç-heçə etdi

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən "Sabah” bu gün ilk yoxlama oyununa çıxıb.

SportLine.az xəbər verir ki, Topaz Premyer Liqanın debütantı Türkiyə birinci liqa təmsilçisi "Giresunspor”la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. "Sabah"ın qolunu yeni transfer Vitali Kvaşuk vurub. O, 55-ci dəqiqədə cərimə zərbəsindən gözəl qola imza atıb.

Qeyd edək ki,  "Sabah"  növbəti yoxlama görüşünü iyulun 28-də isə Superliqa təmsilçisi “Alanyaspor”la qarşı keçirəcək.