“Sabah” Türkiyəyə yollanır

“Sabah”ın qış fasiləsindəki hazırlıq planı bəlli olub. 

SportLine.az-ın klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, komanda mövsümün ikinci yarısına Türkiyədə hazırlaşacaq.

Qonşu ölkədəki təlim-məşq toplanışı yanvarın 2-dən 23-dək davam edəcək. Antalya şəhərinin Lara bölgəsindəki “Titanik” otelində məskunlaşacaq Premyer Liqamızın debütantı, burda olduğu müddətdə 4 yoxlama görüşündə qüvvəsini sınayacaq. Oyunlar yanvarın 12-də, 16-da, 19-da və 22-də keçiriləcək. Rəqiblər barədə hələlik məlumat verilməyib.