"Sabah" U-19 millimizə qarşı

Növbəti mövsümə hazırlığı davam etdirən “Sabah”ın əvəzedicilərdən ibarət komandası bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

Sportline.az xəbər verir ki, paytaxt klubu Azərbaycanın U-19 millisi ilə qarşılaşıb.

Rövşən Babayevin başçılığı altında ilk oyununu keçirən “Sabah-2”, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən qarşılaşmadan 3:1 hesablı qələbə ilə ayrılıb.

Qollara Ayxan Quluzadə, Fərid Cəfərli və Kənan Həsənov imza atıb.