"Sabah" yenilərlə müqavilə bağladı

Topaz Premyer Liqanın debütantı “Sabah” 3 yeni futbolçu ilə müqavilə bağlayıb.

Sportline.az klubun rəsmi “Facebook” səhifəsinə istinadən xəbər verir ki, müdafiəçilər - Elvin Bədəlov, Eltun Turabov və Məqsəd İsayevlə 2 illik müqavilə imzalanıb.

Bədəlov 3, Turabov 33, İsayev isə 19 nömrəli formada oynayacaq.