"Sabah" yoldaşlıq görüşündə qələbə qazandı

Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” ikinci yoxlama oyununu keçirib.

Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi Türkiyə III Liqa klubu “Kemerspor” klubu ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.

Komandanın qollarına Amadu Diallo və Hendrik Eksteyn imza atıb.