"Sabah"da Konqo əsilli fransalı futbolçu

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. 

Sportline.az klubun rəsmi sosial şəbəkə səhifəsinə istinadən xəbər verir ki, Konqo əsilli fransalı futbolçu Kevin Kubemba bundan sonra paytaxt təmsillçisinin uğurları üçün çalışacaq. 26 yaşlı hücumçu ilə 2 illik müqavilə bağlanıb.

Karyerası ərzində Fransanın “Amyen”, “Lill”, “Brest”, “Bur-an Bress”, Belçikanın “Sent-Trüden”, Bolqarıstanın ÇSKA (Sofiya) komandalarının şərəfini qorumuş Kubemba, son mövsümdə Azərbaycanın “Səbail” klubunda çıxış edib.

Qeyd edək ki, bu, "Sabah"ın yay fasiləsində 2-ci transferidir. Klub bundan əvvəl Cavid Tağıyevi də heyətinə cəlb edib.