"Sabah"da yeni futbolçu

Honduras millisinin hücumçusu Rojer Roxas karyerasını Azərbaycanda davam etdirəcək.

Sportline.az xəbər verir ki, xəbəri diariomas.hn saytı yayıb. Kosta-Rikanın "Alajuelense" klubunda çıxış edən 29 yaşlı futbolçunun "Sabah"a keçəcəyi bildirilib. Xəbərdə paytaxt təmsilçisinin Roxasla bu gün müqavilə imzalayacağı qeyd olunub.

Rojer Roxas karyerası ərzində Paraqvayın "Olimpia", Səudiyyə Ərəbistanının "Əl-İttifaq" və Meksikanın "Nekaksa" klublarında da çıxış edib. O, Honduras millisində 28 oyuna 3 qol vurub.