"Sabah"dan növbəti qələbə

Azərbaycan Premyer Liqası təmsilçiləri "Sabah" və "Sumqayıt" öz aralarında yoxlama oyunu keçirib.

Sportline.az xəbər verir ki, "Kapital Bank Arena"da keçirilən görüşdə Bakı klubu 2:0 hesabı ilə qalib gəlib.

"Sumqayıt" - "Sabah" - 0:2
Qollar: Hendrik Ekstyen, 29, Filip İvanoviç, 55

Qeyd edək ki, "Sabah" bundan əvvəl yoxlama matçında "Zirə"ni 5:3 hesabı ilə məğlub etmişdi.