"Sabah"dan növbəti transfer
2019/2020 mövsümü üçün hazırlığı davam etdirən "Sabah" daha bir futbolçunu heyətə qatıb.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Məhəmməd Mirzəbəyov bundan sonra paytaxt təmsilçisinin şərəfini qoruyacaq. 28 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Karyerası ərzində “Anji” (Rusiya), “Sumqayıt”, “İnter” və “Qəbələ”nin uğurları üçün çalışmış futbolçunun son komandası “Neftçi” olub.
Mirzəbəyov Azərbaycan millisində 18 oyun keçirib.
Xatırladaq ki, Məhəmməd “Sabah”ın növbəti mövsüm üçün 4-cü transferidir. Daha öncə Cavid Tağıyev, Kevin Kubemba və Ruslan Abışovla müqavilə bağlanmışdı.