"Sabah"dan "Sumqayıt"a

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə qatıb.

Sportline.az klubun saytına istinadən xəbərə verir ki, Sumqayıt təmsilçisi “Sabah”ın yarımmüdafiəçisi Elgün Nəbiyevi 1 illik icarəyə götürüb. 23 yaşlı futbolçu yeni klubunda 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Elgün Nəbiyev “Sabah”la yanaşı (25 oyun, 1 qol) “Zirə”də də (4 oyun) çıxış edib.