"Sabah"ın hazırlıq planı müəyyənləşdi

"Sabah"ın 2019/20 mövsümü üçün hazırlıq planı bəlli olub.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda iyunun 17-də Bakıda toplaşacaq. Paytaxtdakı hazırlıq iyulun 13-dək davam edəcək. Bu müddətdə 4 yoxlama oyunu keçiriləcək.

Hazırlığın ikinci mərhələsi isə Türkiyənin Bolu şəhərində baş tutacaq. Komanda iyulun 16-da qardaş ölkəyə yollanacaq. Türkiyədəki təlim-məşq toplanışı iyulun 29-dək davam edəcək. "Sabah” Boluda 4 yoxlama oyununda qüvvəsini sınayacaq.

Sınaq görüşlərindəki rəqiblər barədə məlumat verilməyib.