"Sabah"ın hücumçusu məşqçi lisenziyası aldı

“Sabah”ın hücumçusu Marko Deviç UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasını alıb.

SportLine.az-ın klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, o, noyabrın 11-dən 16-dək Ukrayna Futbol Federasiyasının Lisenziyalaşdırma Mərkəzində keçirilən təlimin son sessiyasında iştirak edib və imtahanlardan uğurla keçib.

Qeyd edək ki, 35 yaşlı serbiyalı hücumçu mövsümün əvvəlindən "Sabah"da çıxış edir.