"Sabah"ın ilk rəqibi müəyyənləşdi

“Sabah” komandasının Antalyada keçirəcəyi qış təlim-məşq toplanışında qarşılaşacağı ilk rəqibi müəyyənləşib.

Sportline.az xəbər verir ki, Jelko Sopiçin rəhbərlik etdiyi kollektiv Macarıstanın “Pakş” komandası ilə yoxlama oyununda qüvvəsini sınayacaq. 

Qarşılaşma yanvarın 11-də olacaq.

Qeyd edək ki, "Sabah" Antalyada 4 yoxlama oyunu keçirməyi planlaşdırır.