“Sabah”ın məşqçiləri cəzalandırıldılar
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
SportLine.az xəbər verir ki, Region Liqasının, “Uğur”la matçının 39-cu dəqiqəsində rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldan “Şıxlar”ın futbolçusu Vüsal Rzazadə 3 oyun cəzalanıb.
Gənclər Liqasının “Qarabağ”la oyununun 55-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırılan “Zirə”nin futbolçusu Hüseyn Əhmədovun cəzası daha ağır olub. O, 4 turu buraxacaq.
U-15 Liqasının “Xilə” ilə görüşündə baş verənlərə “Sabah”ın məşqçiləri cəzalanıb. 45-ci dəqiqədə texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırılan baş məşqçisi Namiq Allahverdiyev 1 oyun kənarlaşdırııb. 10 dəqiqə sonra onun köməkçisi Şahin Zeynalov hakimi təhqir edib ki, buna görə 4 oyun cəzalanıb.
U-12 Liqasının “Junior”la görüşündə hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırılan “Keşlə”nin məşqçisi Xəyyam Bəkirov 3 matçlıq diskvalifikasiyaya məruz qalıb.
U-10 Liqasının “Sabah”la matçında “Stars United”in məşqçisi Vaqif Hidayətov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırılıb. O, 3 turluq cəza alıb.
Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının EKOL-la qarşılaşmasında “Araz”ın oyunçusu Xətai Bağırov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırılıb. Bu üzdən futzalçı 4 oyunluq cəza alıb.