"Sabah"ın növbəti transferi
“Sabah” klubu heyətini yeni qapıçı ilə gücləndirib.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, söhbət 22 yaşlı qapıçı Əmirhüseyn Nəcəfidən gedir.
Onunla 2020-ci ilin may ayına kimi müqavilə bağlanıb.
Qeyd edək ki, Tehran “İstiqlal”ının yetirməsi olan Əmirhüseyn karyerası ərzində bu klubla yanaşı, “Səbail”in də uğurları üçün çalışıb.
Gənc qapıçı bir neçə dəfə U-21 millimizə də dəvət alıb. Nəcəfi “Sabah”da 96 nömrəli formada çıxış edəcək.