"Sabah"ın "Qəbələ" qarşısında qayğıları

Topaz Premyer Liqasının 22-ci turunda "Qəbələ"nin qonağı olacaq "Sabah"ın heyətində itkilər var.

Sportline.az xəbər verir ki, "Sumqayıt"la oyunda qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılan Marko Deviçin "Qəbələ" ilə səfər matçında meydana çıxmayacaq.

Zədəli  Elşən Abdullayevin isə oyunda iştirakı sual altındadır.

Qeyd edək ki, aprelin 1-də keçiriləcək "Qəbələ" - "Sabah" görüşü saat 14:00-da başlanacaq.